Bayden G20 sammitində Putinlə görüşməyəcək

Bayden G20 sammitində Putinlə görüşməyəcək

ABŞ prezidenti Cozef Bayden G20 sammitində Rusiya prezidenti Vladimir Putinlə görüşmək niyyətində deyil.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Ağ Evin sözçüsü Con Kirbi keçirdiyi brifinqdə deyib.

“...Mən, hər halda, bunu Prezidentin özündən yaxşı deyə bilmərəm, amma onun belə bir niyyəti yoxdur. Hazırda vəziyyət belədir”, Qeyd edək ki, Kirbi ona bununla bağlı ünvanlanan suala cavab verərkən bildirib.

...Xatırladaq ki, G20 sammiti 2022-ci il noyabrın 15-16-da Balidə keçiriləcək.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə