Vladimir Putin, müdafiə naziri Sergey Şoyquya xarici həmkarları ilə telefon danışıqları aparmağı və Ukraynada qondarma “çirkli bomba”nın yaradılması riskləri barədə məlumat verməyi şəxsən tapşırıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya prezidenti bunu Valday forumunda bildirib.
“...Məhz mən Şoyquya tapşırmışam ki, bütün həmkarlarına zəng etsin və bu, yəni bomba təhlükəsi barədə, məlumat versin”, - dövlət başçısı vurğulayıb.
Prezident qeyd edib ki, Moskva gözlənilən təxribatla bağlı daxil olan məlumatlara təcili cavab vermək məcburiyyətində qalıb.
Putin izah edib ki, Rusiya Kiyevin harada təxribat hazırladığı, hansı komponentlər əsasında obyekt yaratmağı planlaşdırdığı barədə məlumat alıb.
“...Nüvə təhlükələri ilə bağlı bugünkü hay-küy primitivdir, Qərb Rusiyaya qarşı çıxmaq üçün əlavə arqumentlər axtarır”, - deyə dövlət başçısı yekunlaşdırıb.
Qeyd edək ki, Putin daha əvvəl Rusiya Federasiyasının Ukraynaya nüvə zərbəsi endirmək niyyəti olmadığını bildirmişdi.
O,.. bunun heç bir nə hərbi, nə də siyasi mənasının olmadığını bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB