Rusiyada səfərbərlik başa çatıbmı?..

Rusiyada səfərbərlik başa çatıbmı?..

İvanovo vilayətinin başçısı Stanislav Voskresenski İvanovo şəhərinin hərbi komissarı Maksim Tkaçuku “basqınlar”la bağlı şikayətlər barədə məlumatlandırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu söhbətin videosu regional hökumətin Telegram kanalında yerləşdirilib.

Voskresenskinin sözlərinə görə, o, reydlər, bəzi qəbuledilməz hərəkətlərin həyata keçirildiyi barədə şikayətlər alır. Qubernator bunun “qəbuledilməz” olduğunu bildirib.

O, “sakit” və “planlı” işləmək lazım olduğunu da gizlətməyib.

Əyalət rəhbəri qanun pozuntularının müəyyən edilməsini və bütün günahkarların cəzalandırılmasını da tələb edib.

Rus saytlarının yazdığına görə, hərbi komissar da…guya “oldu!” –deyə cavab verib.

“Kommersant” yazır ki, daha əvvəl yerli KİV və Telegram kanalları İvanovoda hərbi yaşda olan kişilərə basqınlar barədə məlumat yayıblar. Onların ictimai nəqliyyat dayanacaqlarında, evlərinin girişində saxlandığı barədə də məlumat var idi.

…Bəs deyirdiniz ki, Rusiyada səfərbərlik artıq başa çatıb?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə