Amerika Birləşmiş Ştatları Prezidenti Co Bayden və İsrail Prezidenti İsaak Hersoq Ağ Evdə görüşüblər.
SİA-nın əldə etdiyi məlumata görə, görüşdə iki ölkə arasındakı əlaqələr, başda İran olmaqla regional və qlobal məsələlər müzakirə edilib.
Görüşdən əvvəl jurnalistlərə bəyanatlar verən liderlər iyul ayında İsraildə keçirdikləri görüşə işarə ediblər.
Prezident Co Bayden ABŞ-ın İsrailə "sarsılmaz dəstəyini" təkrarlayaraq Hersoqun səfər çərçivəsində onu dövlət medalı ilə təltif etdiyinə diqqət çəkib.
Co Bayden bəyan edib ki, bu gün İsrail və Livan arasında imzalanacaq dəniz sərhədi müqaviləsi əsl tarixi dönüş nöqtəsi olacaq.
"Bu saziş hər iki ölkə üçün enerji sahələrinin inkişafı üçün imkan yaradacaq. Livan xalqı üçün yeni ümidlər və iqtisadi imkanlar yaradacaq. İsrailin təhlükəsizliyini və sabitliyini yaxşılaşdıracaq",-deyə Amerika Birləşmiş Ştatları Prezidenti vurğulayıb.
İsaak Hersoq isə öz növbəsində onu qəbul etdiyi üçün Co Baydenə təşəkkür edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB