Çində universitetlər karantinə alındı

Koronavirusla bağlı “sıfır hal” strategiyasını həyata keçirən Çinin Fucien əyalətinin mərkəzi Fucou şəhərində Covid-19 hallarının artması səbəbindən universitetlər karantinə alınıb
Çində universitetlər karantinə alındı

Qəbul edilən qərarla kampuslarda yaşayan tələbə və müəllimlərin bayıra çıxa bilməyəcəyi, şəhərcikdən kənarda yaşayanların isə girişinə qadağa qoyulacağı qeyd edilib.

SİA-nın əldə etdiyi məlumata görə, Çinin cənubundakı Fucien əyalətinin mərkəzi Fucou şəhərində Covid-19 hallarının artması səbəbindən universitetlərin karantinə alındığı bildirilib.

Milli mətbuatda yer alan xəbərə görə, epidemiyaya qarşı mübarizə və profilaktik tədbirlər çərçivəsində şəhərdəki 36 universitet və kollec şəhərciyinə giriş-çıxış qadağan edilib, 9 böyük şəhərdə məktəblər isə həftə sonuna qədər bağlanıb.

Fucou Təhsil Departamentinin direktoru You Shin verdiyi açıqlamada kampuslarda yaşayan tələbə və müəllimlərin çölə çıxa bilməyəcəklərini, kampusdan kənarda yaşayanların isə girişinə qadağa qoyulacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə