Rusiya Ukraynadakı müharibədə istifadə edilən kommersiya peyklərini qanuni hədəflər hesab edir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu BMT Baş Assambleyası Komitəsinin iclasında Rusiya Xarici İşlər Nazirliyinin Silahların Yayılmaması və Silahlara Nəzarət Departamentinin rəis müavini Konstantin Vorontsov deyib.
Həqiqi hərbi münaqişələr zamanı peyklər heç vaxt vurulmayıb, lakin Rusiya bunu təlimlər zamanı tətbiq edib. Vorontsov ilk dəfə sentyabrın 12-də peykləri vurmağa hazır olduğunu bəyan etmişdi, lakin bu, demək olar ki, diqqətdən kənarda qaldı.
Məsələ bundadır ki, sentyabrın 27-də o, BMT Baş Assambleyasının komitəsinin iclasında Rusiya təhdidlərini bir daha təkrarlayıb.
Vorontsov bildirib ki, ABŞ və müttəfiqləri hərbi məqsədlər üçün kosmosda mülki infrastruktur komponentlərini yerləşdiriblər.
“...Həmkarlar yəqin ki, tam dərk etmirlər ki, bu cür fəaliyyətlər əslində silahlı münaqişələrdə dolayı iştirakdır. – deyən Rusiya rəsmisi, Kvazi-mülki infrastruktur cavab zərbəsi üçün “qanuni hədəf” ola bilər”-əlavə edib.
Qeyd edək ki, hərbi ekspertlər Ukraynadakı müharibədə misli görünməmiş kommersiya sistemlərindən istifadə edildiyini qeyd edirlər. Məsələn İlon Maskın Starlink peyk rabitə sistemi Ukrayna ordusunda geniş tətbiq tapıb. O, Ukrayna Silahlı Qüvvələrinin rabitəsi və nəzarəti, o cümlədən real vaxt rejimində pilotsuz təyyarələrdən kəşfiyyat məlumatlarının və hədəf təyinatının alınması üçün istifadə olunur. Rabitə Viasat tərəfindən təmin edilir.
ABŞ Ukrayna üçün peyk fotoşəkillərini "Maxar", "Planet Labs" və "BlackSky"dən alır. “DefenseNews” portalı xəbər verir ki, Ukrayna kəşfiyyat analitiklərinin şirkətlərin mütəxəssisləri ilə birbaşa əlaqəsi var. Avqust ayında analitik Atlantik Şurasının hesabatında qeyd edilib ki, Rusiya müharibənin əvvəlində hakerlərin köməyi ilə belə infrastruktura hücum etməyə başlayıb.
Bu arada "SpaceX"in baş direktoru İlon Maskın sözlərinə görə, fevral ayında rus hakerləri on minlərlə Viasat modemini zədələyiblər. Bununla bağlı onun şirkəti Rusiyanın infrastruktura müntəzəm hücumlarını dəf etmək üçün xeyli vəsait xərcləyib.
O da bildirilir ki, Rusiyanın potensial olaraq istifadə edə biləcəyi yeganə haker hücumları deyil.
...Rusiya orbitdə ən azı bir real peyki vuraraq, peyk əleyhinə raketləri sınaqdan keçirir. Bildirilib ki, Moskva rabitə peyklərini sıradan çıxarmaq üçün mobil elektron müharibə sistemlərini sınaqdan keçirir.
Yeri gəölmişkən bildirək ki, bir peykin məhv edilməsi orbitdə eyni orbitdə uçan bütün nəqliyyat vasitələrinə zərər verəcək zibil buludunu yarada bilər.
Buna istinad edərək, aprel ayında ABŞ birtərəfli qaydada peyk əleyhinə silahları sınaqdan keçirməmək barədə öhdəlik götürüb və digər ölkələri də onlara qoşulmağa çağırıb. ...Və Almaniya, Kanada, Yeni Zelandiya və Yaponiya artıq könüllü geri çəkilməyə qoşulublar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB