Şarl Mişel Qazaxıstan Prezidenti ilə görüşüb

Şarl Mişel Qazaxıstan Prezidenti ilə görüşüb

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayevlə görüşüb.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barədə Qazaxıstan Prezidenti Aparatının mətbuat xidmətindən verilən məlumatda bildirilib. Məlumata görə, görüş Prezident İqamətgahında baş tutub.

Görüş zamanı tərəflər enerji və ərqaz təhlükəsizliyi başda olmaqla yaşıl iqtisadiyyat, nəqliyyat və logistika məsələlərini müzakirə edib, həmçinin Mərkəzi Asiya-Aİ formatında qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi mövzusu ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdən sonra verilən birgə bəyanatda bildirilib ki, tərəflər Qazaxıstan və Aİ arasında xüsusilə iqlim dəyişikliyi, su ehtiyatları və insan hüquqları sahəsində çoxşaxəli əməkdaşlığı daha da gücləndirmək, dərinləşdirmək və genişləndirmək, Avropa şirkətlərini Qazaxıstana köçürmək barədə razılığa gəliblər.

Bəyanatda qeyd olunub ki, Tokayev və Mişel Avropa və Mərkəzi Asiya arasında yeni beynəlxalq nəqliyyat dəhlizlərinin genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə