Peskov “olanlardan” hali imiş..?

Peskov “olanlardan” hali imiş..?

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin teleaparıcı Kseniya Sobçakın qəsb işində şübhəli bilinməsi ilə bağlı xəbərlərdən xəbərdar olduqlarını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Peskov “RİA Novosti”nin əməkdaşının sualını cavablandırarkən “biz bunu gördük” deyə bildirib.

...Agentliyin mənbəsi iddia edir ki, Sobçakın kommersiya direktoru Telegram kanalları vasitəsilə məmurlardan və iş adamlarından pul tələb edilməsi işində iştirak edib. “Tatler” nəşrinin keçmiş baş redaktoru Arian Romanovski də eyni iş üzrə müttəhimdir.

Artıq hər ikisi ittiham olunublar.

... “RİA Novosti” iddia edir ki, yaxın saatlarda Moskvanın Tver Məhkəməsi Rusiya Daxili İşlər Nazirliyinin tələbi ilə onların istintaq təcridxanasına salınması ilə bağlı qərar verəcək.

Bu arada, TASS-ın məlumatına görə, Kseniya Sobçak “Rostec” dövlət korporasiyasından hədə-qorxu ilə pul tələb etməkdə də şübhəli bilinib. Agentliyin həmsöhbətinin sözlərinə görə, iş üzrə zərərçəkmiş qismində “Rostec”in rəsmisi çıxış edir.

KİV-in məlumatına görə, Sobçak özü Litvaya Belarus vasitəsilə gedib.
P.S. Sizi bilmirəm, amma Sobçakla baş verən son olaylar... mənə bir az şübhəli gəlir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə