Ekvadorda 6 yeni qurbağa növünün kəşf edildiyi açıqlanıb. SİA xəbər verir ki, alimlər Ekvadorda 6 yeni yağış qurbağası növü kəşf etdiklərini açıqlayıblar. BBC-nin xəbərinə görə, Ekvadorda And dağlarının ətəyində yerləşən iki milli parkda meşələri kəsilmiş ərazidə 6 yeni növ tapılıb.
Ümumdünya Təbiəti Mühafizə İttifaqı nəsli kəsilmək təhlükəsi ilə üzləşən bu 6 növün qırmızı siyahıya salınmasını tövsiyə edib. Elm adamları, bir çox fərqli qurbağa növlərinə ev sahibliyi edən Kolumbiya və Ekvadorda kəşf edilməyi gözləyən bir çox tısbağa növünün olduğunu düşünürlər. Kəşfi edən tədqiqatçılardan Santiaqo Ron tapılan qurbağa növünün Latın Amerikasında öldürülən ətraf mühit fəalının adının veriləcəyini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB