İtaliyada baş nazir Giorgia Meloni hökuməti parlamentin aşağı palatası olan Nümayəndələr Palatasından etimad səsi almaqla ilk sınaqdan çıxıb. SİA xəbər verir ki, İtaliyada yeni hökuməti quran baş nazir Giorgia Meloni və onun 24 naziri and içdikdən sonra ilk etimad səsverməsini alıb.
Parlamentin 400 yerlik aşağı palatası olan Nümayəndələr Palatasında 389 millət vəkilinin iştirakı ilə keçirilən etimad səsverməsində 154 “Xeyr” səsinə qarşı 235 “Bəli” səsini alan Meloni hökuməti ilk sınaqdan keçib.
Meloni hökuməti Nümayəndələr Palatasından sonra parlamentin yuxarı palatası olan Senatdan etimad səsi almağa çalışacaq. İtaliyada keçirilən seçkilərdə qalib gələn ifrat sağçı İtaliya Qardaşları Partiyasının lideri Giorgia Meloni sağçı koalisiya hökumətini qurub və ölkənin ilk qadın baş naziri olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB