Meksikanın Oaxaka ştatında çayda neftin dənizə çatması nəticəsində 8 kilometr uzunluğundakı sahil xətti çirklənib. SİA xəbər verir ki, San Juan Guichicovinin bələdiyyə sədri Heriberto Luis Zakarias, dağılmanı ekoloji fəlakət olaraq xarakterizə edib və hadisə səbəbiylə bölgədəki şirin su qaynaqlarının və otlaq sahələrinin, eləcə də balıq, quş, tısbağa kimi bir çox vəhşi heyvanın da çirkləndiyini söyləyib. Hadisə nəticəsində porsuqlar tələf olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB