Oryol şəhərinin hakimiyyət orqanları bütün idarəetmə şirkətlərinə məktublar göndərərək hündürmərtəbəli binaların zirzəmilərinin sığınacaqlar üçün hazırlanmasını tələb ediblər. SİA “Arqumentı i Faktı”nın məlumatına istinadən xəbər verir ki, Oryol şəhər icra hakimiyyəti yerli sakinlərə həyati vacib əşyalar olan “həyəcan çamadanı”nın hazırlanması ilə bağlı da xəbərdarlıq edilib.
Bu, evakuasiya elanı zamanı lazım ola bilər.
Nəşin yazdığına görə, Oreldə ixtisaslaşmış bomba sığınacaqları var, lakin onlar hətta müharibə dövründə də fəaliyyətlərini davam etdirməli olan təşkilatların işçiləri üçün nəzərdə tutulub. Mülki vətəndaşlar, qeyd edildiyi kimi, həyəcan siqnalı olduqda, özlərinin və ya qonşu evin zirzəmisinə enməlidirlər.
Kursk vilayətində regional təhlükəsizlik komitəsinin rəhbəri Mixail Qorbunov zirzəmilərlə təchiz olunmayan insanların sıx toplaşdığı obyektlərin yaxınlığında səngərlərin və ya digər sığınacaqların təchiz edilməsi barədə göstəriş verib.
Qorbunovun sözlərinə görə, bölgədəki yeraltı qurğular 1,5 milyon insanı qəbul edə bilər.
Yeri gəlmişkən, bundan əvvəl Sankt-Peterburq hökuməti texnogen və təbii fövqəladə hallar zamanı vətəndaşların köçürüləcəyi təhlükəsiz ərazilərin siyahısını müəyyən edib. Belə ki, Vıborqski, Kurortnı, Krasnoselski, Kolpinski, Primorski, Puşkinski, Petrodvortsovı rayonları şəhərdə təhlükəsiz kimi müəyyən edilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB