Bu arada “Axmat” xüsusi təyinatlı dəstəsinin komandiri, polis general-mayoru Apti Alaudinov Çeçenistan rəhbəri Ramzan Kadırovun düşmənlə döyüşə getmək üçün “hərbi komissarlıqda növbəyə durmaq” çağırışını şərh edərkən... bununla tam razı olduğunu bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, “Moskovskiy komsomolets” müsahibəsində Alaudinov, Qafqaz sakinlərinin xüsusi hərbi əməliyyatda birinci olmalı olduğu fikrini bildirib, çünki bu, ilk növbədə onlara aiddir(?).
“...Mən bütün kişilərə və qadınlara, xüsusən də çeçenlərə,.. qafqazlılara səslənirəm. Niyə növbələr yoxdur? Qafqazlılar, mən sizi heç başa düşmürəm”.
Belə görünür ki, göstəriş Ramzandan gəlib.
Alaudinovun sözlərinə görə, yaşı 63-dən aşağı olan və səhhətində problemi olmayan bütün kişilər Ramzan Kadırovun tövsiyələrinə əməl etməlidirlər.
Bu arada könüllülərin hazırlandığı Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin mətbuat xidmətinin rəhbəri Nurid Epiyev, hazırda universitetdə eyni vaxtda dörd yüzə yaxın insan təhsil aldığını bildirib.
Onun sözlərinə görə, proqram iki həftə üçün nəzərdə tutulub. Bundan sonra hərbçilər döyüş tapşırıqlarını yerinə yetirmək üçün bölmələrə yola düşəcəklər.\
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB