Seneqal prezidenti terrorla bağlı xəbərdarlıq edib

Seneqal prezidenti terrorla bağlı xəbərdarlıq edib

Afrika Birliyinin (AfB) sədri və Seneqal prezidenti Maki Sal Afrika qitəsinin terror fəaliyyətlərinin mərkəzinə çevrilməyə başladığını açıqlayıb.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Seneqalın paytaxtı Dakarda keçirilən Sülh və Təhlükəsizlik Forumunda çıxış edən Maki Sal qitənin müxtəlif yerlərində artan terror fəaliyyətlərinə diqqət çəkib.
Terrorun qlobal problemə çevrildiyini bildirən Maki Sal Afrikanın bu mövzuda böyük bədəl ödədiyini qeyd edib.
İki gün davam edəcək sammitdə dövlət başçıları, nazirlər, diplomatlar və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə