Xerson vilayətində rus işğalçılarının mülki avtomobilə atəş açması nəticəsində, ata və onun 14 yaşlı oğlu ölüb. balaca qızı isə yaralanıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Xerson vilayət hərbi administrasiyasının sədri Yaroslav Yanuşeviç Facebook səhifəsində məlumat verib.
O qeyd edir ki, ailə maşınla evə gedirmiş və qəfil işğalçılar pulemyotlardan onlara atəş açıblar.
“...Dünən gecə bir nəfər iki övladını oğlu və qızını Aləşkidən Saqi kəndinə şəxsi avtomobili ilə aparırmış. Rusiya keçid məntəqələrinin birində işğalçılar uşaqların olduğu avtomobili atəşə tutublar. Nəticədə 14 yaşlı oğlan yerindəcə, 37 yaşlı atası isə əməliyyat masasında dünyasını dəyişib. Yalnız 5 yaşlı qızı sağ qalıb. Onun da barmağını amputasiya etməli olublar”.
Qeyd edək ki, bunu Xerson regional hərbi idarəsinin rəhbəri bildirib.
O qeyd edir ki, rusların kinsizliyinin həddi-hüdudu yoxdur, çünki təbliğatçılar artıq bu dəhşətli cinayətdə hansısa mifik “Ukrayna DRQ”sini ittiham etməyə nail olublar.
Ancaq hamı başa düşür ki, atəşi ruslar açıblar. Məhz rus işğalçıları günahsız insanları öldürüb, balaca qızı atasız, qardaşsız qoyub, -deyə regional hərbi idarə rəhbəri bildirib.
Nazlı Aımuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB