Rusiya prezidenti Vladimir Putin, Rusiyanın yeni çağırışlarla üzləşdiyini bildirib. Onun sözlərinə görə, bu, həm enerji blokunun, həm də mülki komponentin işinə aiddir.
“...Bunlar hüquq-mühafizə orqanlarının, güc blokunun, Müdafiə Nazirliyinin fəaliyyətidir. Amma bu, bütün mülki komponentə də aiddir”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Putin bunu xüsusi əməliyyat fonunda Rusiya Federasiyası Silahlı Qüvvələrinin ehtiyaclarını ödəmək üçün hökumət yanında koordinasiya şurasının iclasında deyib.
“...Biz formallıq arxasında gizlənərək standart bürokratik prosedurlar çərçivəsində işləsək, heç bir istiqamətdə istənilən nəticəni əldə etməyəcəyik”-deyən Rusiya lideri, bütün məsələləri daha tez və daha səmərəli həll etmək üçün koordinasiya şurası kimi mexanizm yaratdıqlarını diqqətə çatdırıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB