Çexiya rusların ölkəyə girişini qadağan etdi

Çexiya rusların ölkəyə girişini qadağan etdi

Turizm, idman və ya mədəniyyət məqsədi ilə səyahət edən hər hansı Aİ üzv dövləti tərəfindən verilmiş etibarlı Şengen vizası olan ruslar bu gündǝn (25 oktyabr) etibarən Çexiyaya daxil ola bilməzlər.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Praqa Radiosu” məlumat yayıb.

Beləliklə, Çexiya da Rusiyanın Ukraynanı işğal etməsinə cavab olaraq əvvəlki həftələrdə sərhədlərini rus turistlər üçün bağlayan Baltikyanı ölkələr, Polşa və Finlandiyaya qoşulub.

Bütün xəbərlər Facebook səhifəmizdə