ABŞ Ədliyyə Nazirliyi Çinlə bağlı 3 fərqli iş üzrə ittiham aktı açıqlayıb. SİA xəbər verir ki, açıqlamada, Gouchun He və Zheng Vang adlı iki çinli agentin Nyu-Yorkda bir Çin şirkətinə qarşı açılan dava ilə bağlı sənədləri oğurlamaqda günahlandırıldığı bildirilib. Bundan əlavə, bu şəxslərin FTB-də işləyən şəxsə 61 min dollarlıq "Bitcoin" ödəyərək rüşvət verdikləri iddia edilib. Sözügedən şəxslərə qarşı “ədalətə mane olmaq” maddəsi ilə ittiham aktı hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB