Finlandiya körfəzində mütəxəssislər mənşəyi bəlli olmayan dörd seysmik hadisə qeydə alıblar.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “RİA Novosti” Finlandiya Seysmoloji İnstitutunun xəbərinə istinadən yazır.
Qeyd olunur ki, hadisələr oktyabrın 20 və 21-də Rusiyanın ərazi sularında Vıborqdan təxminən 40 km cənub-qərbdə baş verib.
Agentliyin məlumatına görə, Rusiyanın “Şimal axını” ixrac qaz kəmərinin tellərindən biri məhz bu ərazidən keçir.
Seysmik hadisələr, ehtimal ki, partlayışlar Moskva vaxtı ilə saat 12.35-dən 18.32-dək baş verib. Onların gücü 1,4 ilə 2,0 arasında dəyişib.
Seysmoloq Yari Korstrem izah edib ki, belə bir maqnituda 50-100 kq partlayıcının partlaması zamanı müşahidə olunur. O, "baş verənlərin səbəbləri haqqında spekulyasiya etməkdən" imtina etdiyini də vurğulayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB