Türkiyənin terrorla mübarizəsi davam edir

Türkiyənin terrorla mübarizəsi davam edir

İraqın şimalındakı Qara bölgəsində aşkarlanan bölücü terror təşkilatı PKK üzvü 3 terrorçu hava əməliyyatı ilə zərərsizləşdirilib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Milli Müdafiə Nazirliyinin tviter hesabında edilən paylaşımda "İraqın şimalındakı Qara bölgəsində aşkarlanan 3 PKK terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib.

Türkiyə Silahlı Qüvvələrimiz son terrorçu zərərsizləşdirilənə qədər əməliyyatlarını əzm və qətiyyətlə davam etdirəcək" ifadələrdən istifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə