Liz Trass NATO-ya rəhbər ola bilər...

Liz Trass NATO-ya rəhbər ola bilər...

Böyük Britaniyanın istefa vermiş baş naziri Liz Trass NATO rəhbəri postuna iddialı ola bilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “MIGA Vision & Global Trends”in prezidenti Tiberio Qratsiani bildirib.

Qratsianinin ehtimalına görə, Liz Trassın namizədliyi ABŞ üçün də “sərfəlidir”.

Çünki bu, Vaşinqton və London arasında ənənəvi xüsusi münasibətləri gücləndirməyə imkan verir ki, bu da müasir beynəlxalq gündəm fonunda xüsusilə vacibdir. Bundan əlavə, bu, Fransa və Almaniya üzərində daha sərt nəzarətə imkan verəcək və Şərqi Avropa dövlətlərinin xeyrinə olacaq.

Bundan əlavə, Qratsianinin fikrincə, Trassın rəhbərliyi altında NATO-nun Moldova kimi ölkələrin hesabına daha da şərqə doğru genişlənməsi mümkündür.

O, daha sonra Trassın xarici işlər naziri işləməsini diqqət çəkən Qratsiani, bunu onun “həssas” kimi müəyyənləşdirdiyini deyir.

Yeri gəlmişkən, hazırda NATO-ya rəhbərlik edə biləcək namizədlər arasında İtaliyanın keçmiş baş naziri Mario Draqinin də adı çəkilir.

Qrazianinin sözlərinə görə, o, beynəlxalq maliyyə sahəsində tanınmış ekspertdir deyə, blokun iqtisadiyyatının yenidən qurulmasına başlaya bilər.

...Bundan əlavə, təşkilatın baş katibi kürsüsündə italiyalının olması İtaliyaya xas olan anti-NATO meyllərini zəiflətməyə xidmət edə bilər.

Bunu da Qraziani deyir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə