Çoxmillətli kontingent Ukraynaya daxil ola bilər

Peskov isə...Rusiyanın guya NATO ilə “döyüşdüyünü” deməkdə hələ də israrlıdır
Çoxmillətli kontingent Ukraynaya daxil ola bilər

Ukraynaya NATO qüvvələri deyil, “Vaşinqtonun rəhbərlik etdiyi çoxmillətli kontingent” gətirilə bilər.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu proqnozla Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru, ABŞ və NATO qüvvələrinin Əfqanıstandakı keçmiş komandanı Devid Petreus çıxış edib.

Petreus, NATO üzvünə hücumun çox güman ki, qırmızı xəttə çevriləcəyini və alyansın “daha ​​aktiv müdaxiləsinə” səbəb olacağını deyib.

Bununla belə, digər ölkələr Rusiyanın hərəkətlərinə “NATO qüvvələri kimi deyil, ABŞ-ın rəhbərlik etdiyi çoxmillətli qüvvə kimi” cavab verə bilər.

Bunu da keçmiş komandan deyib.

Qeyd edək ki, Putin dəfələrlə NATO ilə Rusiya ordusu arasında toqquşmanın...guya qlobal fəlakətə gətirib çıxaracağı barədə xəbərdarlıqlar edib.

Öz növbəsində, ABŞ hakimiyyəti də elə dəfələrlə ABŞ hərbçilərinin Ukraynadakı hərbi əməliyyatların iştirakçısına çevrilməyəcəyini vurğulayıb.

Peskov isə... Rusiyanın guya NATO ilə “döyüşdüyünü” deməkdə hələ də israrlıdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə