Kabildə terror təşkilatına qarşı əməliyyat keçirilib

Kabildə terror təşkilatına qarşı əməliyyat keçirilib

Əfqanıstanın paytaxtı Kabilin müxtəlif nöqtələrində axşam saatlarında terror təşkilatı DEAŞ-a qarşı əməliyyatlar keçirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Talibanın sözçüsü Zəbihullah Mücahid səhər saatlarında əməliyyatın təfərrüatları ilə bağlı açıqlama verib.

O bildirib ki, Talibana bağlı xüsusi birliklər tərəfindən DEAŞ-a qarşı əməliyyat keçirilib.

“Əvvəlcə 2 DEAŞ üzvü həbs edilib. Daha sonra DEAŞ-a aid olduğu müəyyən edilən bunkerdə əməliyyat keçirilib”,-deyə əlavə edib.

Əməliyyatda Talibana bağlı xüsusi təyinatlılardan 1 nəfərin öldüyünü, 1 nəfərin isə yaralandığını bildirən sözçü Mücahid öldürülən DEAŞ terrorçularının Kabildəki son terror aktlarında iştirak etdiyini vurğulayıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə