İtaliya Prezidenti Sercio Mattarella parlament seçkilərində qalib gələn “İtaliya qardaşları” partiyasının lideri Corciya Meloniyə İtaliya hökumətini qurmaq mandatını təhvil verib. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Baş katibi Uqo Campetti məlumat verib.
“Prezident Corciya Meloniyə hökuməti qurmaq mandatı verdi, o, bunu qəbul etdi”, - deyə Campetti qeyd edib. O əlavə edib ki, Meloni yeni Nazirlər Kabinetinin siyahısını prezidentə təqdim edib.
Bildirilir ki, İtaliyanın yeni hökuməti oktyabrın 22-də saat 10:00-da (Bakı vaxtı ilə 12:00) and içəcək.
Beləliklə, Corsiya Meloni İtaliya tarixində ilk qadın baş nazir olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB