FTB-nin ABŞ-ın keçmiş prezidenti Donald Trampın malikanəsində keçirdiyi reyd zamanı ələ keçirilən məxfi sənədlərdə İran və Çinlə bağlı “həssas kəşfiyyat məlumatları” var idi.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “The Washington Post” amerikalı jurnalist Bob Vudvordun Tramp haqqında yeni audiokitabına istinadən yazır.
Məlumatlı mənbələr bildiriblər ki, sənədlərin ən azı birində Tehranın raket proqramı ilə bağlı məlumatlar yer alıb. Qəzetin həmsöhbətlərinin fikrincə, onların məxfilikdən çıxarılması ABŞ-ın kəşfiyyat məlumatlarını topladığı üsulları və insanları üzə çıxara bilər.
Qeyd olunur ki, digər sənədlərdə ölkənin Çindəki kəşfiyyat fəaliyyətini təsvir edir.
Bundan əlavə, 2019-cu ilin dekabrında Tramp Şimali Koreyalı həmkarından aldığı məktubları jurnalistə göstərərək, onlar haqqında danışmamağı xahiş edib.
Xatırladaq ki, Trampın Mar-a-Laqo malikanəsində axtarışlar avqust ayında aparılıb. Axtarışlarda yüzə yaxın FTB agenti iştirak edib.
Yeri gəlmişkən eks-prezident FTB-nin hərəkətlərinin onun 2024-cü il prezident seçkilərində potensial iştirakı ilə bağlı olduğunu iddia edib.
...O, baş verənləri yersiz adlandırıb. Və daha sonra ABŞ Milli Arxivlər və Qeydlər İdarəsi əmlakdan çıxarılan 100-dən çox sənəddə məxfi məlumatların olduğunu bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB