...Deyirsən, xətər sovuşdu..?
Beləliklə, Şimali Osetiya rəhbəri Sergey Menyailon oktyabrın 22-dən etibarən Rusiya-Gürcüstan sərhədində yerləşdirilmiş mobil hərbi komissarlıqların götürüləcəyini bildirib.
Qeyd edək ki, sentyabrın sonunda Yuxarı Lars və Nijni Zaramağ sərhəd məntəqələri yaxınlığında yerləşdirilən mobil zəng məntəqələri bağlanacaq, çünki Menyailonun sözlərinə görə, dövlət sərhədini keçən vətəndaşların axını artıq səngiyib.
Onun dediyinə görə,.. vəziyyət artıq stabildir. Dövlət sərhədindən nəqliyyatın əlavə qaydaya salınmasına ehtiyac aradan qalxıb. Bundan başqa, Federal Sərhəd Xidmətində ölkədən çıxışı məhdudlaşdırılan vətəndaşların bütün lazımi məlumatları və siyahıları var. Bunlar əsasən, ölkədən olan insanlardır.
Gərək ki, yadınızda olar, Rusiya Federasiyasının hakimiyyət orqanları Gürcüstan, Orta Asiya və Baltikyanı ölkələrlə sərhəddə yerləşən keçid məntəqələrində minlərlə rusiyalının qismən səfərbərlikdən ölkəni tərk etdiyi zaman mobil hərbi komissarlıqlar açmağa başlamışdı. (...maraqlıdır, görən köməyi olub-A.B.)
Maraqlıdır, Rusiyadan çıxışda çoxlu kilometrlik tıxacın yarandığı Həştərxan vilayətində, yəni Rusiya-Qazaxıstan sərhədində yerləşdirilən Karauzek keçid məntəqəsindəki səfərbərlik məntəqəsinin görəsən, aqibəti necə olacaq?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB