Şoyqu Ostinlə Ukraynadakı vəziyyəti müzakirə edib

Şoyqu Ostinlə Ukraynadakı vəziyyəti müzakirə edib

Xəbər verildiyi kimi, Rusiyanın müdafiə naziri Sergey Şoyqu amerikalı həmkarı Lloyd Ostinlə telefonla danışıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tərəflər “beynəlxalq təhlükəsizliyin aktual məsələlərini”, o cümlədən Ukraynadakı vəziyyəti müzakirə ediblər. SİA bu barədə rus saytlarına istinad edir.

ABŞ hərbi departamentinə görə, Ostin hərbi əməliyyatlar qarşısında kommunikasiya xətlərinin saxlanmasının vacibliyini vurğuladı.

Qeyd edilməlidir ki, bu, Ukraynada xüsusi əməliyyat başlayandan bəri nazirlər arasında ikinci telefon danışığıdır. Onlar ilk dəfə mayın ortalarında danışıqlar aparıblar.

Xatırladaq ki, həmən vaxt da hər iki tərəf beynəlxalq təhlükəsizlik və Ukraynanı müzamikirə etmişdilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə