"Prezident Ərdoğan: "İnanıram ki, sülhün itirəni olmayacaq"

Prezident Rəcəb Tayyib Ərdoğan Azərbayana səfərini başa vuraraq vətənə qayıdarkən təyyardə jurnalistlərə açıqlama verib.
"Prezident Ərdoğan: "İnanıram ki, sülhün itirəni olmayacaq"

Prezident Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Azərbaycana işgüzar səfər edib. O, Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə Zəngilan Beynəlxalq Hava Limanının açılışını edib, bir sıra layihələrin təməlini qoyub.

SİA-nın əldə etdiyi məlumata görə, bir sıra görüşlərdən sonra vətənə qayıdarkən jurnalistlərə açıqlama verən dövlət başçısı deyib:

"Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşməsi və sülh sazişinin imzalanması regionun normallaşması üçün mühüm addım olacaq".

Onun sözlərinə görə, Azərbaycan və Türkiyenin Cənubi Qafqazdakı ortaq maraqları sülh və sabitliklə bağlıdır: "Uzun illərdən sonra regionda daimi sülhü təmin etmək üçün imkanlar yaranıb. Ermənistandan gözləntimiz bu tarixi fürsəti qiymətləndirməkdir. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması Türkiye-Ermənistan əlaqələrinə də təsir göstərəcək. Qardaş Azərbaycanla əməkdaşlığımızı “bir millət, iki dövlət” prinsipi ilə davam etdirməkdə israrlıyıq”.

“Rusiya Prezidenti Vladimir Putin indi əvvəlkinə nisbətən müzakirələrə daha açıqdır” deyə bildirən dövlət başçısı deyib ki, qarşıdakı günlərdə həm rusiyalı, həm də ukraynalı həmkarlarımla telefonla danışacağıq. Ümidsiz deyilik. Arzumuz hər iki lideri bir araya gətirərək sülh danışıqlarını davam etdirməkdir. Çünki hər iki tərəfin ciddi itkiləri var. İnanıram ki, sülhün məğlubu olmayacaq.

“Taxıl sazişi” çərçivəsində oktyabrın 20-dək 8 milyon ton kənd təsərrüfatı məhsulu daşıyan 363 yük gəmisi Ukrayna limanlarını tərk edib" deyə dövlət başçısı bildirib.

Onun sözlərinə görə, bu məhsulların, təxminən, 62 %-i Avropa, 19,5 %-i Asiya, 13 %-i Afrika ölkələri, 5,3 %-i Yaxın Şərq bazarlarına çatdırılıb: "Yoxsul ölkələr cəmi 454 626 ton kənd təsərrüfatı məhsulu alıb ki, bu da ümumi tədarükün 5,7%-ni təşkil edir. Dəhlizlə əsasən qarğıdalı, buğda, günəbaxan yağı, raps və günəbaxan şrotu ixrac edilib. Bu növ kənd təsərrüfatı məhsullarının ümumi ixracda payı təqribən 96% təşkil edir”.

R.T.Ərdoğan bildirib ki, “taxıl sazişi”nin uzadılması üçün heç bir maneə yoxdur: "Ukrayna və Rusiya prezidentləri ilə danışıqlardan sonra bu qənaətə gəldim. Düşünürəm ki, bu yolda yarana biləcək hər hansı maneə aradan qaldırıla bilər".

Amerika Birləşmiş Ştatları (ABŞ) ilə həyata keçirilən F-16 satınalma prosesinə də toxunan Ərdoğan NATO-nun müdafiə nazirlərinin ötən həftə keçirilən toplantısında Baş katib Yens Stoltenberqin F-16-ların Türkiyeyə təhvil verilməsinin təkcə Türkiye üçün deyil, həm də NATO üçün vacib hadisə olduğunu, Türkiye nə qədər güclü nə qədər sürətli olarsa NATO-nun da orta hesabla dəyərinin yüksələcəyini xatırladıb.

Prosesi yaxından izləyən Türkiyenin müsbət nəticə əldə etmək üçün əlindən gələni etməyə davam etdiyini vurğulayan Ərdoğan ABŞ-dan başqa da alternativləri müzakirə etdiklərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə