İmran Xanın siyasi həyatı sona çatdı?..

İmran Xanın siyasi həyatı sona çatdı?..

Pakistanın Seçki Komissiyası keçmiş baş nazir İmran Xanın siyasətlə məşğul olmasına qadağa qoyub.

SİA Türkiyənin TRT telekanalına istinadən xəbər verir ki, buna səbəb İmran Xanın hakimiyyəti dövründə aldığı hədiyyələrin detallarını açıqlamaqdan imtina etməsi olub.

Beləliklə, iddia edilir ki, İmran Xan aldığı hədiyyələri... satıb. Məlumata görə, Pakistanın Seçki Komissiyası İmran Xan barəsində hədiyyə məsələsinin koalisiya hökumətinin şikayəti əsasında araşdırıb.

Qeyd edək ki, Pakistan qaydalarına görə, Baş nazirlər, nazirlər və məmurlar aldıqları hədiyyələrin detalları barədə müvafiq quruma məlumat verməyə məcburdur.

P.S. Qeyd edək ki, İmran Xan hakimiyyətdən aprel ayında Nəvaz Şərifin rəhbərlik etdiyi müxalifət alyansı tərəfindən parlamentdə keçirilən etimadsızlıq səsverməsi ilə uzaqlaşdırılmışdı. Belə ki, Xan ona qarşı irəli sürülən ittihamları rədd etsə də, amma onu ölkə iqtisadiyyatını və xarici siyasətini düzgün idarə etməməkdə günhlandırırdılar.

Qeyd edək ki, İmran Xan bazar günü keçirilən səsvermədə parlamentin Aşağı Palatası olan Milli Assambleyada səkkiz yerdən yeddisinə namizəd olub və bunu özünün populyarlığına dair “referendum” adlandırmışdı, amma...

Yeri gəlmişkən, hələ o vaxt, aprel ayında İmran Xan ona qarşı etimadsızlıq səsverməsini ABŞ, Nəvaz Şərif və Pakistan hərbçiləri ilə əlbir təşkil edildiyini bildirmişdi. Doğrudur, həm Vaşinqton, həm də İslamabad bu ittihamı rədd etsə də...necə deyərlər, “görünən dağa nə bələdçi”...

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə