...Bu arada LGBT təbliğatını qadağan edən qanun layihələri paketi Rusiya Dövlət Dumasına təqdim edilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy öz teleqram kanalında məlumat verib.
...Beləliklə, böyüklər arasında LGBT təbliğatına görə dörd milyon rubla qədər, yetkinlik yaşına çatmayanlar arasında təbliğata görə isə beş milyon rubla qədər cərimə edilməsi təklif edilir.
“Yetkinlik yaşına çatmayanlar arasında cinsi dəyişikliyi təbliğ edən” məlumatların yayılmasına görə də cərimələr tətbiq olunacaq. LGBT təbliğatında ittiham olunacaq əcnəbilər isə Rusiyadan qovulacaq.
...Rusiyanın gələcəyi təhlükədədir və bu gün ənənəvi ailə, mənəvi və dini dəyərlər uğrunda mübarizənin həlledici mərhələsinin gəlib çatdığını deyən Tolstoy “qadağan” qanun layihəsini 400-ə yaxın deputatın imzaladığını da əlavə edib.
Tolstoyun dediyinə görə, Rusiya prezidenti Vladimir Putin də öz çıxışlarında tez-tez ənənəvi deyilən dəyərlərə müraciət edir.
Putin bundan əvvəl Rusiyada LGBT icmasının nümayəndələrinə qarşı ayrı-seçkiliyə məruz qalmadığını bildirmişdi.
Yeri gəlmişkən, Kreml bu gün təqdim edilən qanun layihəsinə hələ ki, münasibət bildirməyib (...amma Ramzan Kadırov o dəqiqə bildirib. Belə ki, LGBT icmasını “iyrənc infeksiya” adlandıran Ramzan, bununla bağlı təbliğata görə cərimələri daha da artırmağa çağırıb-A.B.)
Yeri gəlmişkən xatırladaq ki, Rusiyada yetkinlik yaşına çatmayanlar arasında “qeyri-ənənəvi cinsi əlaqənin təbliğatını” qadağan edən homoseksual təbliğat haqqında qanun var idi. 2013-cü ildə qəbul edilən bu qanunun pozulmasına görə vətəndaşları yüz min rubla qədər cərimə gözləyirdi.
...Amma, maraqlıdır ki, insan haqları təşkilatları rusların bu qanunu dəfələrlə tənqid edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB