Qalmaqalın ünvanı Hindistan oldu

Qalmaqalın ünvanı Hindistan olub. SİA xəbər verir ki, Uttar-Pradeş ştatının Allahabad şəhərində danq qızdırması olan şəxsin ailəsi iddia edib ki, qohumlarına immun plazma yerinə limon suyu vurulub və xəstə buna görə dünyasını dəyişib. Ailə söz mövzusu hadisə ilə bağlı cinayət işi açarkən, hadisənin baş verdiyi iddia edilən xəstəxana möhürlənib. O, hadisədən sonra jurnalistin sosial şəbəkədə paylaşdığı videoda immun plazma ilə limon suyunun kənardan nə qədər oxşar olduğuna diqqət çəkib və səlahiyyətliləri bu məsələ ilə bağlı tədbir görməyə çağırıb.

Uttar Pradeş Baş nazirinin müavini Brajeş Pathak açıqlamasında hadisə ilə bağlı araşdırmanın davam etdiyini və xəstəxanadan götürülən immun plazma nümunələrinin test üçün göndərildiyini bildirib. Pathak, “Sınaq hesabatı bir neçə saata gələcək. Təqsirli bilinən şəxslərə qarşı sərt tədbirlər görüləcək"-deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə