Polşa Litva, Latviya və Estoniya ilə birlikdə Ukrayna ilə apardığı müharibəyə görə Rusiyaya yeni sanksiyalar paketi hazırlayıb. SİA Ukrayna mətbuatına istinadən xəbər verir ki, onlar digər məsələlərlə yanaşı, Rusiya ilə nüvə əməkdaşlığını və Rusiya almazlarının idxalını qadağan etməyi təklif edirlər.
Sammitdə sənəd Avropa İttifaqının digər ölkələrinə də təqdim olunacaq.
Ukraynanın müttəfiqləri sanksiyalar paketində bütün dronların Rusiyaya ixracına qadağa qoyub.
Həmçinin, maye qaz, marketinq xidmətləri və bazar araşdırmalarına embarqo, Rusiya şirkətlərinə və vətəndaşlarına daşınmaz əmlakın satışına qadağa, habelə Belarusa qarşı məhdudlaşdırıcı tədbirlərin daha geniş şəkildə aparılmasını istəyirlər.
“Biz növbəti sanksiyalar paketinin tərəfdarıyıq. Bu, mülki əhaliyə, strateji infrastruktura, atom elektrik stansiyalarına hücum təhdidlərinə birbaşa cavab olsun", - deyə Polşa Prezidenti Mateuş Moravetski sammitdən əvvəl çıxışında deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB