Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası tərəfindən hazırlanmış və 2 min 507 nəfəri əhatə edən “Şəxsi, özəl, iqtisadi və digər məhdudlaşdırıcı tədbirlərdə dəyişikliklərin həyata keçirilməsi və təşviqi haqqında” 2 fərman imzalayıb. SİA xəbər verir ki,
Ukrayna Rəyasət Heyətinin rəsmi internet saytında yerləşdirilən açıqlamada, Zelenskinin Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası tərəfindən oktyabrın 19-da hazırlanan və Prezidentliyə təqdim edilən sanksiyalarla bağlı iki fərman imzaladığı bildirilib. Əsasən Rusiya vətəndaşlarının və ümumilikdə 2507 nəfərin yer aldığı sanksiya siyahısına rusiyalı oliqarxlar Roman Abramoviç və Leonid Lebedevin də adı daxil edilib.
Fərmanlara əsasən, Rusiya dövlətinə məxsus və ya onun nəzarətində olan “Alfa Bank” və “Sberbank Faktorinq” kimi ümumilikdə 1374 hüquqi şəxs sanksiyalar siyahısına əlavə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB