Zelenski Abramoviç və Kabayeva qarşı sanksiyalar tətbiq edib

Zelenski Abramoviç və Kabayeva qarşı sanksiyalar tətbiq edib

Ukrayna prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik Şurasının 256 rusiyalıya qarşı sanksiyalarla bağlı qərarını qüvvəyə mindirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Ukrayna liderinin saytındakı materiallara görə, “qara siyahı”da iş adamları Roman Abramoviç, Mixail Proxorov və Yelena Baturina yer alıblar.

Bu arada,.. “The Wall Street Journal” ın yazdığına görə, guya Zelenski ABŞ-dan Abramoviçə qarşı sanksiyalar tətbiq etməməyi xahiş edib, çünki sahibkar Moskva və Kiyev arasında danışıqlarda mühüm vasitəçi ola bilər.

Beləliklə, senator Süleyman Kərimov, iş adamları Arkadi Rotenberq, Leonid Mixelson, Vladimir Lisin, Gennadi Timçenko, Yuri Kovalçuk və başqaları, teleaparıcılar və telekanalların rəhbərləri: Birinci Kanalın baş direktoru Konstantin Ernst, jurnalistlər Nailə Əsgərzadə, Anton Krasovski, teleaparıcılar Olqa Skabeeva, Sergey Brilev və Tina Kandelaki sanksiyalar siyahısına salınıblar.

Siyahıda olimpiya çempionu və Milli Media Qrupunun direktorlar şurasının rəhbəri Alina Kabaeva da var.

Sanksiya siyahısına Rusiyanın bir neçə regionunun rəhbərləri, estrada və şou-biznes xadimləri də daxildir: Oleq Qazmanov, Nadejda Babkina, Yuliya Çiçerina, Timati, Olqa Buzova, Nikolay Baskov və başqaları.

Əlavə edirik ki, Rusiya Prezidentinin Administrasiyasına və 1,3 min təşkilata, o cümlədən Rusiyanın bir sıra aviaşirkətlərinə qarşı da sanksiyalar tətbiq edilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə