6 aylıq uşaqlara “Covid-19” peyvəndi vurulacaq

6 aylıq uşaqlara “Covid-19” peyvəndi vurulacaq

Avropa İttifaqının dərman tənzimləyicisi olan Avropa Dərman Agentliyi (EMA) 6 aydan yuxarı uşaqlar üçün “Comirnaty” və “Spikevax” adlı vaksinləri tövsiyə edib.

SİA xəbər verir ki, EMA-nın məlumatına görə peyvəndlər Kovid-19-un orijinal versiyasını hədəf alır.

Pfizer-BioNTech şirkətinin istehlası olan Comirnaty peyvəndi 6 aydan 4 yaşa qədər uşaqlar üçün, Moderna şirkətinin istehsal etdiyi “Spikevax” isə 5 yaşa qədər uşaqlar üçün tövsiyə olunur.

Qeyd edilib ki, ilk iki doza üç həftə ara ilə, üçüncü doza isə ikinci vaksin vurulandan ən azı 8 həftə sonra tətbiq edilməlidir.

EMA-nın vaksinlər və dərmanlarla bağlı araşdırmalarından sonra qəbul etdiyi qərarlar Aİ Komissiyası tərəfindən təsdiqlənməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə