ABŞ-da quş qripinə yoluxma halları artmaqdadır. SİA xəbər verir ki, ABŞ Milli Vəhşi Təbiət Sağlamlığı Mərkəzinin son hesabatına görə, bu il H5N1 adlı quş qripi epidemiyasında rekord sayda toyuq və hinduşka tələf olduğu halda, xəstəlik təsərrüfat heyvanlarından sonra bir çox çöl quşunda da müşahidə edilib.
Hesabatında deyilir: “Şimali Amerikada H5N1 virusunun ilk aşkarlanması 2021-ci ilin dekabrında Kanadanın Nyufaundlend və Labrador bölgələrində baş verib və daha sonra həm Kanadada, həm də Birləşmiş Ştatlarda vəhşi quşlarda, ev və ticarət ev quşlarında və vəhşi məməlilərdə aşkar edilib".
Hesabatda bildirilib ki, Kanadadan ABŞ-a uçan köçəri quşların quş qripinin yayılmasında və vəhşi heyvanlarda meydana çıxmasında təsirli olduğu təxmin edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB