50-dən çox beynəlxalq şirkət Rusiyadan Qazaxıstana köçüb

50-dən çox beynəlxalq şirkət Rusiyadan Qazaxıstana köçüb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, 50-dən çox beynəlxalq şirkətin Rusiyadan respublikaya köçdüyünü bildirib.

SİA xəbər verir ki, RBC-nin məlumatına görə, Tokayev bunu Almatı vilayətinə işgüzar səfəri zamanı deyib.

Tokayevin sözlərinə görə, Almatı vilayətində yeni sənaye sahələrinin, o cümlədən başqa ölkələrdən köçmüş investorların açılması üçün şərait yaratmaq lazımdır. O bildirib ki, rayonda artıq iki sənaye zonası fəaliyyət göstərir, daha ikisi də yaradılır, Alma-Ata ilə yeni regional mərkəz Konayev arasında peyk şəhər tikilir, burada xüsusi iqtisadi zona açılacaq.

Qazaxıstanın baş naziri Əlixan Smailovun sözlərinə görə, 56 şirkət öz ofislərini Rusiyadan respublikaya köçürmək arzusunu ifadə edib və ümumilikdə siyahıda 300-dən çox iri müəssisə, o cümlədən Amerikanın idarəetmə sistemləri istehsalçısı Honeywell, beynəlxalq xidmət inDriver, Avstraliya mədən şirkəti Fortescue və Yapon ticarət şirkəti Marubeni də var.

...İyulda Tokayev Rusiyanı tərk etmiş xarici şirkətlərin ölkəyə köçürülməsi üçün şərait yaratmağı tapşırmışdı. Maraqlıdır ki, Kreml bu təşəbbüsü normal qarşılayıb.

“Dünya ölkəsinin investorlar üçün yaxşı şərait yaratmağa çalışması tamamilə normaldır. İkinci sual ondan ibarətdir ki, kənardan gələn təzyiqlərə görə bir çox şirkətlər belə qərarlar qəbul etməyə məcburdurlar”.

Qeyd edək ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə