Tehran istehsalı olan PUA-lardan istifadə edilməsi iddiası əsassızdır
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani Rusiyanın Ukraynada Tehran istehsalı olan kamikadze PUA-lardan istifadə etməsi ilə bağlı iddiaları bir daha təkzib edib və bu ittihamların aradan qaldırılması üçün Ukrayna ilə görüşməyə hazır olduqlarını bildirib. SİA xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Kenani Ukraynadakı müharibədə istifadə üçün Tehrandan Rusiyaya silahlar, o cümlədən pilotsuz təyyarələr göndərilməsi ilə bağlı iddialara reaksiyasını təkrarlayıb. Sözügedən iddiaların İran əleyhdarı ölkələrin mediası tərəfindən siyasi məqsədlə hazırlandığını vurğulayan Kenani, "Yuxarıda qeyd olunan ittihamları aradan qaldırmaq üçün Ukrayna ilə görüşməyə hazırıq" deyib.
Tehran administrasiyasının əvvəllər də münaqişələrə və müharibələrə qarşı olduğunu bəyan etdiyini xatırladan Kenani, İranın beynəlxalq hüquqa görə ölkələrin ərazi bütövlüyünü müdafiə etdiyini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB