Şri-Lankalı yazıçı Şehan Karunatilaka “Maali Almeydanın yeddi Ayı” əsəri ilə 2022-ci il ədəbiyyat üzrə “Buker” mükafatını qazanıb. SİA xəbər verir ki, münsiflər heyətinin qərarı Londonda ingilis dilində ədəbiyyat sahəsində ən nüfuzlu mükafatlardan birinin təqdim edilməsi mərasimində elan edilib.
Mükafatın veb-saytı qeyd edib ki, yumorla dolu kitab ölümdən sonra sevdiklərini fotoşəkillər anbarına aparmaq üçün yeddi Ayı olan müharibə fotoqrafı Maali Almeydanın o biri dünyadakı həyat sərgüzəştlərini hekayə edir.
Mükafatı qalibə kraliça-konsort Kamilla təqdim edib. Dünya miqyasında tanınması və əsərlərinin satışlarının kəskin artması ilə yanaşı, mükafatın qalibi 50 min funt sterlinq (57 min dollar) məbləğində pul mükafatı alacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB