...Təbii ki, bu bir azdan özünü daha qabarıq şəkildə göstərəcək.
Hələlik isə,.. “Rabota.ru” portalının direktor müavini Aleksandr Veterkov bu gün Rusiyadakı bir sıra sənaye sahələrində artıq ciddi kadr çatışmazlığı hiss olunduğunu bildirib. Onun dediyinə görə, hətta xüsusi bacarıqların tələb olunmadığı (sürücülər, kuryerlər, sifarişçilər) işçilərə də ehtiyac var.
“...Bu gün artıq bir çox işçi səfərbərliyə möhlət verən təşkilatlarda işləmək imkanlarını özləri üçün düşünməyə başlayıb”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu da Aleksandr Veterkov deyib.
Onun sözlərinə görə, hazırda çoxlu sayda namizəd müdafiə müəssisələrində kifayət qədər uzun müddət tutulmayan vakansiyalara müraciət edir.
Bu arada “Kommersant” xatırladır ki, hələlik yalnız magistral müəssisələrin işçiləri səfərbərliyə möhlət verə bilərlər. Onların arasında rabitə şirkətləri, bank işçiləri və media nümayəndələri var. Qismən səfərbərliyə qarşı sifariş həm də akkreditə olunmuş İT şirkətlərinin əməkdaşlarına aiddir.
Qeyd edək ki, “Bitrix24” xidmətinin həmtəsisçisi Sergey Rıjikov, akkreditə olunmuş şirkətlərdə işə düzəlmək istəyən mütəxəssislərin müraciətlərinin sayı kəskin artdığını bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB