“...Rusiya ordusunu Ukraynada zorlama üçün Viaqradan istifadə etməkdə ittiham edən BMT baş katibinin münaqişələrdə cinsi zorakılıq üzrə xüsusi nümayəndəsi Pramila Pattenin açıqlamaları ağıldan kənara çıxır”.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə bazar günü Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində deyilir.
…Pattenin dediklərinin mahiyyətini ciddi şərh etmək olmaz. Onun sözləri ağılın hüdudlarından kənara çıxır. Bundan əlavə, məmur, açıq-aydın, onun mandatından və səlahiyyətlərindən kənarda hərəkət edir. Eyni zamanda, o, öz qərarlarında Rusiya tərəfindən tanınmayan “Ukrayna üzrə müstəqil beynəlxalq təhqiqat komissiyasının” fraqmentli məlumatlarına əsaslandığını, öz təbirincə, yoxlamanın çətin olduğunu gizlətmir.
Zaxarova BMT baş katibinin xüsusi nümayəndəsinin bəyanatlarını Ukraynadakı keçmiş İnsan Haqları Müvəkkili Lyudmila Denisovanın yalan və təxribat xarakterli bəyanatları ilə müqayisə edib. Rus səlahiyyətlisinin dediyinə görə, o, sadəcə olaraq, Qərbdən maliyyə və silah almaq üçün bəyanatlarının bir çox faktlarını icad edib.
Yenidən Lyudmila Denisovaya diqqət çəkən Zaxarova onun beynəlxalq ictimaiyyəti çaşdıran kobud anti-Rusiya yalanlarına görə Kiyev rejimi tərəfindən işdən çıxarıldığını xatırladıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB