İran həbsxanasında yanğın..?

İranın paytaxtı Tehranda yerləşən Evin həbsxanasında bazar güclü yanğın baş verib. Qeyd edək ki, həbsxananın siyasi motivli məhbusların saxlanması ilə tanınır. Belə ki, burada mülki fəallar, jurnalistlər, eləcə də xarici vətəndaşlar saxlanılırlar.

...Yanğının səbəbi məlum deyil?

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, İran mediası vəziyyətin nəzarət altında olduğunu yazıb. Lakin hadisə şahidlərinin sosial şəbəkələrdə yerləşdirdiyi videoda təkcə yanğın siqnalı sirenləri deyil, həm də atəş səsləri eşidilir. \ İranın nəzarətində olan jurnalistlər həbsxananı yandıran məhbusların üsyanı nəticəsində baş verdiyini bildiriblər. Onlar onu da bildiriblər ki, iğtişaş törədənlər siyasi məhbuslar deyil,.. xırda cinayətlərə görə məhkum olunanlardır.

Qeyd edək ki, hələlik ölənlərin sayı “səkkiz” göstərilir.

Sosial şəbəkələrdə yayılan bəzi fotolarda məhbusların yanğından qaçaraq həbsxananın damına çıxdıqları görünür. Həbsxana binasına təkcə yanğınsöndürənlərin deyil, polis xüsusi təyinatlılarının da göndərildiyi bildirilir.

Xatırladaq ki, Tehranın Evin həbsxanası BMT və insan haqları təşkilatlarının hesabatlarında İran hakimiyyəti tərəfindən casusluqda ittiham olunan siyasi fəalların və əcnəbilərin məcburi saxlandığı yer kimi dəfələrlə xatırlanıb. Bu həbsxanada məhbuslarla pis rəftar edildiyi barədə də məlumatlar var.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə