...Ruslar Ukrayna Silahlı Qüvvələrinin hava kəşfiyyatı və artilleriyasının çox yaxşı işləməsindən şikayətlənirlər.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu Baş Kəşfiyyat İdarəsi tərəfindən yayımlanan yeni audio dinləmə sübut edir.
Beləliklə, ailəsi ilə əlaqə yaradan rus hərbçisi söhbət zamanı məhv edilmiş rusların sayının... texnika itkisi ilə birgə artdığını bildirib. Onun sözlərinə görə, bölmədə cəmi 4 tank və 100-ə yaxın hərbçi qalıb. O, rusiyalı komandanı tənqid edir və gücləndirmələrdən sonra da irəli getmək ehtimalının olmadığını etiraf edir.
Rus döyüşçüsünün dediyinə görə, onlarda hər şey o qədər pisdir ki,..hətta olur ki, öz texnikalarını da Ukraynaya məxsus kimi qəbul edərək məhv edirlər.
Bu arada, ukraynalı əsgərlər rəvan və peşəkarcasına işləyir, bunu da guya rus əsgəri deyir.
O əlavə edir ki, minaatanlarla da vəziyyət eynidir. Rusun sözlərinə görə, minaatanlar onun gözünün qabağında rus piyadalarını vurublar.
...Ukrayna əsgərləri də bundan məharətlə istifadə edirlər.
Qeyd edilir ki, ukraynalıların ruslardan əldə etdikləri audio dinləmələrdə onlar tez-tez ailələrinə Putinin Ukraynaya qarşı açdığı qanlı müharibənin reallıqlarını danışırlar.
Bu yaxınlarda rus işğalçısı səfərbər edilmiş rusların yaralı və ya tabutda olsalar da, tez evlərinə qayıtmasından şikayətlənirdi.
Onun sözlərinə görə, hər gün ölən və yaralananların sayı artmaqdadır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB