"Qaz kəmərlərində iki dəlik aşkar edilib"

"Qaz kəmərlərində iki dəlik aşkar edilib"

Alman müstəntiqləri səkkiz metr diametrdə axını göstərən sualtı drondan Şimal axınına dəyən zərərin fotoşəkillərini çəkiblər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Almaniyanın ARD teleradio şirkəti xəbər verib.

...Qeyd olunur ki, “Şimal axını” və “Şimal axını 2” qaz kəmərləri dörd yerdə zədələnib: hər birində iki dəlik. Eyni zamanda, hüquq-mühafizə orqanlarının əməkdaşları hesab edirlər ki, buna yalnız partlayıcı maddələr səbəb ola bilər.
“...Partlayışlar o qədər güclü olub ki, hətta seysmoloqlar da onları qeydə alıb. Mütəxəssislər bunun bir neçə yüz kiloqram partlayıcı tələb etdiyini irəli sürürlər”. Bunu da radio bildirib.

Verilən məlumata görə, Federal Polis fotoşəkilləri Almaniya Baş Prokurorluğuna təhvil verib və təxribat təhqiqatını öz üzərinə götürüb.
Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə