Deyəsən, Avropa İttifaqında bu ilkdir...
Belçika cığallıq edir?..

Avropa İttifaqının Rusiyaya qarşı səkkizinci sanksiyalar paketi Avropa ölkələri arasında mübahisələrə səbəb oldu və Belçika yekun sənədi dəstəkləməkdən çəkinən yeganə ölkə oldu.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə cümə axşamı “Le Monde” qəzeti xəbər yayıb.

Qəzet dəfə ilk dəfə bir ölkənn - Belçikanın səsvermədə bitərəf qaldığını yazır.

Nəşrə görə, bu qərar prosesə elə də bir təhlükə yaratmasa da, amma siqnal rolunu oynaya bilər.

Məsələ bundadır , yeni məhdudiyyətlərlə bağlı müzakirələr zamanı Belçika müəyyən kateqoriyalı rus poladının idxalına iki il möhlət verdi. Təbii ki, bu da əsassız deyil, çünki bunsuz Belçikanın metallurgiya müəssisələri müflis ola bilər və...ölkədə 1,2 min işçisi işsiz qala bilər.

Bundan əlavə, KİV-in məlumatına görə, Belçika Rusiyanın almaz hasilatı şirkəti “Alrosa”nın yeni sanksiyalar paketindən çıxarılmasında israr edib.

Nəşr qeyd edir ki, əvvəllər,..bu Avropa İttifaqı üçün nəsə bir “yenilikdir. Çünki indiyə qədər Avropa İttifaqının 27 ölkəsinin hamısı və həmişə Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərə səs verib.

Amma bu dəfəki, yəni səkkizinci sanksiyalar paketi bir az “çətin” gedir. Yəni bəzi iştirakçı ölkələr “müqavimət göstərir” və belə ehtimal yaranır ki, artıq silah və maliyyə yardımı məsələlərində də fikir ayrılıqları özünü büruzə verir.

“...Münaqişənin sona çatması üçün son tarixlər hələ müəyyən edilmədiyi bir şəraitdə “avropalılar uzunmüddətli perspektivdə Ukraynaya dəstəyi davam etdirmək üçün həll yolu axtarmalı olacaqlar”. Bunu da “Le Monde” yazır.

Nəşrin verdiyi məlumata görə, Ukraynaya, o cümlədən silahlara pul ayrılan Avropa Sülh Fondunun vəsaitinin artıq üçdə ikisi tükənib və indi Avropa İttifaqı onu doldurmaq, yoxsa “alternativ həll yolları” tapmaq barədə düşünür.

Xatırladaq ki, bir müddət bundan əvvəl Avropa İttifaqı dörd subyektin Rusiya Federasiyasına qoşulması ilə əlaqədar Rusiyaya qarşı səkkizinci sanksiyalar paketini təqdim edib. Yeni paket Rusiya nefti üçün qiymət tavanının müəyyən edilməsi üçün qanunvericilik çərçivəsini və 7 milyard avroluq ticarət məhdudlaşdırıcı tədbirləri ehtiva edir. Rusiya Prezidenti Vladimir Putin, şərşənbə günü “Rusiya Enerji Həftəsi” forumunda çıxış edərkən Rusiya enerji resurslarının qiymətlərini məhdudlaşdıran ölkələrə tədarük etməyəcəyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə