ABŞ prezidenti Co Bayden, 8 noyabrda keçiriləcək ara seçkilərdən əvvəl qərb ştatlarına etdiyi səfərlərin Kaliforniya dayanacağında infrastruktur paketi ilə bağlı açıqlamalar verib. SİA xəbər verir ki, Los Ancelesdə metro xəttinə edilən yeni əlavələr barədə danışan Bayden, bu xəttin ictimai nəqliyyatı yaxşılaşdıracağını və hava çirkliliyinin azaldılmasına kömək edəcəyini söyləyib.
Ölkə iqtisadiyyatında irəliləyiş olduğunu bildirən Bayden, "Gələn həftə benzin qiymətlərini endirmək üçün yeni açıqlamalarım olacaq. Benzin qiymətləri çox yüksəkdir, işləməyə davam etməliyik" ifadələrindən istifadə edib.
Qarşıdan gələn yerli seçkilərdən əvvəl Bayden bu həftə Kolorado, Kaliforniya və Oreqon ştatlarına səfər edərək orada müxtəlif çıxışlar edib. Sözügedən proqramlar birbaşa “seçki kampaniyası” kimi elan edilməsə də, Bayden Demokrat namizədləri dəstəkləməyə çağırır və getdiyi yerdə pul yığımlarına qatılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB