Belarusun xarici işlər naziri Vladimir Makey Ukrayna sərhədində hərbi səfərbərliyə qarşı tədbirlər görəcəklərini bildirib. SİA xəbər verir ki, Makey Qazaxıstanın paytaxtı Astanada jurnalistlərə verdiyi açıqlamada Ukrayna prezidenti Volodimir Zelenskinin Ukrayna-Belarus sərhədində beynəlxalq müşahidəçilərin yerləşdirilməsi təklifini dəyərləndirib. Rusiya tərəfi ilə də oxşar fikirlərə sahib olduqlarını bildirən Makey, “Belarus və Ukrayna sərhədinə Qərb ölkələrinin nümayəndələri göndəriləcəksə, bu, üçüncü ölkənin Ukrayna məsələsinə qarışması anlamına gələcək” dedi.
Belarusun Ukrayna məsələsinə qarışmaq istəmədiyini və Ukraynada baş verənlərin tez bir zamanda dayandırıldığını ifadə edən Makey bu məsələnin Qərb ölkələrinin tələbi ilə gərginləşdiyini bildirib.
Makey fikirlərinə davam edərək bunları deyib: "Müşahidəçilərin sərhədlərimizə hansı niyyətlə və ya hansı silahla gəlməsi vacibdir. Biz görürük ki, həm cənub, həm də qərb sərhədlərimizdə isteriya güclənir. Bu, təkcə sözlə deyil, müəyyən hərəkətlərlə edilir. Bura hərbi texnika, silah və əsgərlər gətirilir. Təbii ki, buna göz yummamalıyıq. Təbii ki, bu, hərbi xarakterlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB