Oktyabrın 25-dən Rusiya vətəndaşlarının ölkəyə girişi qadağan olunacaq
Bu gün Çexiyada Nazirlər Kabinetinin iclasından sonra keçirilən mətbuat konfransında Çexiyanın xarici işlər naziri Yan Lipavski Şengen vizası olan Rusiya vətəndaşlarının Çexiyadakı beynəlxalq hava limanlarından ölkəyə daxil ola bilməyəcəklərini açıqlayıb.
Lipavski “Oktyabrın 25-də yeni tədbirlər görəcəyik. Turizm, idman və ya mədəni məqsədlər üçün verilmiş Şengen vizasına malik Rusiya Federasiyası vətəndaşlarının ölkəyə girişinə icazə verilməyəcək. Rusiya rejiminin mülki hədəfləri bombaladığı bir vəziyyətə buna göz yuma bilmərik"-dedi.
Çexiyanın daxili işlər naziri Vit Rakusan, kabinetin bütün üzvlərinin qərarla razılaşdıqlarını və “Polisin belə vəziyyətlərdə necə hərəkət etmələri ilə bağlı təlimatları var. Bu qərar Rusiyanın təcavüzünə qarşı Çexiyanın aydın mövqeyini göstərən tədbirdir"-fikrini ifadə edib.
Çexiya Senatı Rusiyanın Ukraynaya təcavüzü səbəbiylə səfərbərlikdən qaçan ruslara ölkədə təhlükəsizlik riski yarada biləcəkləri üçün humanitar vizaların verilməyəcəyini açıqlayıb. Senat bu məsələ ilə bağlı hökumətlə Avropa Şurasının oktyabrın 20-21-də keçiriləcək iclasından əvvəl razılığa gəlib. “Rusiya təcavüzünün istənilən eskalasiyasına Ukraynaya hərbi, iqtisadi və humanitar yardımı artırmaqla aydın və qəti şəkildə cavab verilməlidir”, - Senatın bəyanatında deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB