Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) enerji şirkəti olan "Dana Gas" tərəfindən idarə olunan "Kormor" Qaz Zavoduna raket hücumu həyata keçirilib. SİA xəbər verir ki, hücum nəticəsində insan tələfatı və yaralananlar barədə məlumat verilməyib.
Qeyd edək ki, 22, 24, 25 iyun və 25 iyul tarixlərində də "Kormor" qaz qurğusuna raket hücumları həyata keçirilib. Hücumlarda ölən və yaralanan olmasa da, hadisəyə görə məsuliyyəti üzərinə götürən olmayıb. İraq Kürd Regional Rəhbərliyinin baş naziri Məsrur Bərzani iyunun 26-da verdiyi açıqlamada "Kormor" Qaz Zavoduna həftədə üç dəfə həyata keçirilən raket hücumlarının arxasında “qanunsuz” qrupların olduğuna diqqət çəkib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB