Keçmiş prezidentə və müdafiə nazirinə sanksiya tətbiq edilib - UKRAYNADA
Ukrayna prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarını təsdiq edib. SİA-nın UNİAN-a istinadla xəbərinə görə, qərar artıq qüvvəyə minib.
Qərara əsasən 4 nəfərə sanksiya tətbiq edilib. Siyahıya Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç, keçmiş müdafiə naziri Pavel Lebedev, media maqnatı Sergey Kurçenko və rusiyalı iş adamı Sergey Deripaska daxildir. 10 qüvvədə olacaq sanksiya çərçivəsində onların Ukraynadakı aktivləri bloklanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB